“846 min nəfərin əmək haqlarının artırılması təmin edilib”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilə dair fəaliyyətinin yekunlarına və Fondun qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

BBN.az xəbər verir ki,  iclasda əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

“Cari ilin əvvəlindən 1 milyon 256 min nəfər pensiyaçının pensiyası, ünvanlı sosial yardım alan ailələrdəki ailə üzvlərindən ibarət olmaqla 400 min insana yönələn sosial yardımın, habelə 2018-ci il martın 1-dən 621 min nəfərə müxtəlif növ müavinətlərin (o cümlədən 60 min nəfərə Azərbaycan Prezidentinin təqaüdlərinin), 846 min nəfərin əmək haqlarının artırılması təmin edilib. Bu artımlar ümumilikdə 3 milyon 123 min nəfəri və ya respublika əhalisinin 31,55%-ini əhatə edir və qeyd olunan sosial ödənişlər üzrə artımların təmin edilməsi üçün il ərzində ayrılması nəzərdə tutulan əlavə vəsait 600 milyon manat təşkil edir”- deyə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Qeyd edək ki, iclas haqqında ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır