Əmanətlər üzrə faiz dərəcəsi necə dəyişib?

Azərbaycan Respublikası Mərkəzi Bankının Statistik Bülleteninə əsasən, 2016-cı ilin noyabr ayının sonuna manatla olan əmanətlər üzrə orta faiz dərəcəsi 6,36%, xarici valyuta ilə olan əmanətlər üzrə isə 4,68% təşkil edib.

Manatla olan depozitlər üzrə orta faiz dərəcəsi oktyabr ayının sonuna olan göstərici ilə müqayisədə 0,05 faiz bəndi artmış, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,97 faiz bəndi azalmışdır.

Xarici valyuta ilə olan depozitlər üzrə faiz dərəcəsi isə oktyabr ayının sonuna olan göstərici ilə müqayisədə 0,04 faiz bəndi azalmış, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,57 faiz bəndi azalmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır