Əmanətlərin sığortalanmasında CAMELS sistemi tətbiq ediləcək

Azərbaycanda əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsi məqsədilə risklər əsasında sığorta haqqlarının hesablanması üçün CAMELS sisteminin tətbiqi planlaşdırılır. Bu barədə hökumətdən məlumat verilib.

“İlkin model CAMELS sığorta haqlarının həcminin hesablanması üçün risklər əsasında hazırlanıb. Bu, əmanətlərin sığortalanması mexanizmini təkmilləşdirməyə imkan verəcək. Hazırlanan model Dünya Bankı tərəfindən maliyyələşdirilən “Maliyyə sektorunun modernləşdirilməsi” layihəsinin ikinci mərhələsi çərçivəsində ekspertlərin təhlilinə təqdim olunub” – deyə hökumətdən bildiriblər.

Xarici ekspertlər, modelin yaxşılaşdırılması üçün öz tövsiyələrini veriblər və modeli müsbət qiymətləndiriblər.

Mənbə: İnterfax-Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır