ƏMDK-da vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 16 mart 2018-ci il tarixində Hacıqabul rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

BBN.az xəbər verir ki, növbəti vətəndaş qəbulu 09 mart 2018-ci il tarixinə, saat 11:00-a təyin edilib. Qəbul Hacıqabul rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçirəcək. Hacıqabul rayonu ilə yanaşı Abşeron rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qeyd edək ki, qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaq istifadəçiliyi və inzibatçılığı, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır