ƏMDK-nın ərazi idarələri yeni iş rejiminə keçib

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaş məmnunluğuna yönələn daha bir fərqliliyə imza atıb.

Belə ki, Komitənin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin ərazi idarələri yeni iş rejiminə keçib. Artıq qeydiyyat ərazi ofisləri bazar ertəsini də iş günü kimi elan edir. Başqa sözlə vətəndaş birinci günləri də qeydiyyat ərazi ofislərinə yaxınlaşaraq əmlakın qeydiyyat prosedurlarını yerinə yetirə bilər.

Vətəndaşlara əlavə olaraq daha bir gün də xidmətin göstərilməsi çevikliyin artırılmasına, daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə, rahatlığın təmin olunmasına imkan verir. Eyni zamanda əhaliyə bazar ertəsi də daxil olmaqla xidmətin göstərilməsi onların vaxtına qənaət etmiş olur.

Qeyd edilməlidir ki, əvvəllər bazar ertəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin ərazi idarələri üçün istirahət günü kimi müəyyən olunmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır