Əmtəə nişanlarının qiymətləndirilməsinə başlanılıb

“Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsi tərəfindən əmtəə nişanlarının qiymətləndirilməsinə başlanılıb.

Belə ki, əqli mülkiyyətə əsaslanan kreativ iqtisadiyyatın davamlı inkişafının zəruriliyi və bununla əlaqədar ölkənin ÜDM-də onun payının artırılması üzrə tədbirlərin həyata keçirilməsinin vacibliyi məhz intellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsi standartının hazırlanması və tətbiqini qaçılmaz edən əsas amillərdəndir.

Əqli mülkiyyət obyekti hüquq sahibinə illər keçdikcə daha çox qazanc gətirmək qabiliyyətinə malikdir. Əmtəə nişanına mülkiyyət hüququ qeyri-maddi aktiv olduğu üçün qiymətləndirmə rəyi ilə müəyyən edilmiş dəyər mühasibat uçotunda əks olunur və gələcəkdə biznesin qiymətləndirilməsi, satılması, kredit və ssuda alınması, investorlar və potensial partnyorların cəlb edilməsi zamanı həlledici rol oynaya bilər. Əmtəə nişanına hüququn qiymətləndirilməsi bir çox hallarda həm də işgüzar nüfuzun göstəricisi hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır