Əsas kapitala 11 mlrd. manatdan artıq vəsait yönəldilib

2017-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 11090.8 milyon manat vəsaitin 4623 milyon manatı və ya 41.7%-i qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13.8% artıb.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumi sərmayənin 73.1%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 77.7%-i məhsul istehsalı obyektlərinin, 16%-i xidmət sahələri üzrə obyektlərin, 6.3%-i isə ümumi sahəsi 1263 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 40.5%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 67,5 faiz, bank kreditləri 12.2%, büdcə vəsaitləri 12,7%, əhalinin şəxsi vəsaitləri 5.5%, büdcədənkənar fondların vəsaitləri 1.4%, sair vəsaitlər isə 0,7% olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır