2 dəqiqədə dünənki gün – GÜNÜN İCMALI

İstiqraz hərracında 41 sifariş təqdim olunub

Hərrac zamanı 19 investor tərəfindən 41 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 64,012,200.00 təşkil edib. Sifarişlər 95.3003 AZN yəni, 19.9998% və 97.8290 AZN yəni, 9.0000% qiymət intervalında təqdim edilib.

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərracın nəticələri açıqlanıb

 

1 milyon həcmində not hərraca çıxarılıb

05 iyul tarixində BFB-də Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Nominal dəyəri 100 manat olan 1 milyon həcmində not hərraca çıxarılacaq.

Qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

24 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib. Hərracda  5 kiçik dövlət müəssisəsi, 14 istifadəsiz qeyri-yaşayış sahəsi, 5 nəqliyyat vasitəsi özəlləşdirilib. Bakı  şəhəri üzrə 11 istifadəsiz qeyri yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4  kiçik dövlət müəssisəsi, 4 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib.

24 dövlət əmlakı özəlləşdirilib

Ölkə üzrə gündəlik neft hasilatı təqribən 0,8 milyon barel təşkil edib

 Azərbaycan cari ilin iyun ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Məlumatlara əsasən, cari ilin iyun ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 793,7 min barrel olub. Bunun 738,7 min barrelini xam neft, 55 min barrelini kondensat təşkil edib. Gündəlik 624,1 min barrel xam neft, 55 min barrel kondensat, 21,4 min barrel isə neft məhsulları ixrac edilib.

Ölkə üzrə gündəlik neft hasilatı təqribən 0,8 milyon barel təşkil edib

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır