2017-ci ildə yol-nəqliyyat hadisələri 9% azalıb

2017-ci ildə ölkənin avtomobil yollarında 1833 və ya 2016-cı illə müqayisədə 8,6 % az yol-nəqliyyat hadisəsi baş verib.

Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10,6 % azalaraq 2469 nəfər olub. Onlardan 750-si həlak olub, 1719-u isə yaralanıb. Hadisələrin 43,5 %-i gündüz, 38 %-i gecə, 18,5 %-i isə toran vaxtı baş verib, 29 %-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 87,7 %-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2016-cı ilə nisbətən 4,2 % artaraq 518 nəfər, yaralananların sayı isə 14,1 % azalaraq 1613 nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır