Hökumət Ödəniş Portalı infrastrukturu bütün bankları əhatə edir

“Hökumət Ödəniş Portalı infrastrukturundan istifadə etməklə ödəyicilər Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkənin istənilən regionunda “Azərpoçt”-un, “Naxçıvanpoçt”-un və bütün bankların 2000-ə yaxın ödəniş məntəqəsində və infrastruktura inteqrasiya olunmuş 700-dən çox ödəniş terminallarında nağd formada, həmçinin HÖP-ün rəsmi internet resursları,”ASAN Ödəniş” sisteminin internet resursları, “e-Hökumət” portalı və Bankların HÖP-ə inteqrasiya olunmuş “internet bankçlıq”, Mobil Bankçılıq xidmətləri vasitəsilə nağdsız formada ödənişlərini həyata keçirmək imkanına malikdirlər”.

Bu haqda Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Hökumət Ödəniş Portalının təminat şöbəsinin rəisi Fərid Vəliyev  Azərbaycan Banklar Assosiasiyası tərəfindən həyata keçirilən Bankçılıq Forumunda deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır