5-ci “Halal Sərgi” keçiriləcək

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatına əsasən, 23-26 noyabr 2017-ci il tarixlərində İstanbulda İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin 5-ci Halal Sərgisi keçiriləcək.

Sərginin əsas məqsədi halal ticarət, istehsal, standartlar və logistika sahələrində fəaliyyət göstərən sahibkarları bir yerə toplayaraq, Halal sektorunun xidmət və məhsullarını təşviq etmək, və bu vacib sahədə ticarət və investisiyaların artmasına kömək etməkdir.

Sərgidə təchiz olunmuş köşkün kvadrat metri 300 ABŞ dolları təşkil edəcək. Binanın içində təchiz olunmamış boş sahənin qiyməti isə 270 ABŞ dolları olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır