628 min nəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub

İcbari Sığorta Bürosunun yaydığı məlumata əsasən, 2016-cı ilin birinci yarımilində  avtomobil sahiblərinin  mülki məsuliyyətinin icbari sığortası  üzrə  628 352 sığorta müqaviləsi bağlanıb. Bu müqavilələr üzrə 50 milyon manat sığorta haqqı müəyyən olunmuşdur. Ötən  illə müqaisədə 6% sığorta müqavilələrinin sayında, 9 % isə sığorta haqqlarında artım qeydə  alınıb.

Cari ilin yanvar-iyul ayları ərzində  sığorta şirkətləri tərəfindən AVSMMİS üzrə  10 988 sığorta tələbi üzrə 14 milyon manata qədər  sığorta ödənişi həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqaisədə sığorta ödənişlərinin məbləğində 4 % azalma müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır