7 ay ərzində qeyri-neft sektoru üzrə 855 milyon dollar dəyərində mal ixrac olunub

2017-ci ilin 7 ayı ərzində qeyri-neft sektoru üzrə 855 milyon ABŞ dolları dəyərində mal ixrac olunub. İxrac əməliyyatlarında 1333 subyekt iştirak edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı” jurnalının avqust ayı sayında qeyd olunub.

2017-ci ilin 7 ayı ərzində Azexport. az portalına dünyanın 53 ölkəsindən 264.3 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.Bu ilin 7 ayı ərzində qeyr-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistanın adı var.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin 7 ayı ərzində pambıq lifi ixracı 8.3 dəfə, elektrik enerjisi 3.2 dəfə, çay 60%, meyvə-tərəvəz 42%, kimya sənayesi məhsulları 30%, alüminium və ondan hazırlanan məmulatlar 29%, spirtli və spirtsiz içkilər 26%, plastmassa və onlardan hazırlanan məmulatlar 12% artıb.

Qeyd edək ki, 7 aylıq məlumatlara əsasən qeyri-neft sektoru üzrə ixracda birinci yeri pomidor, ikinci yeri qızıl, üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır