8 ixrac missiyası həyata keçirilib

Ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar və “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı Çinə , Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana. Pakistana, Qətərə, Qazaxıstana 8 ixrac missiyası həyata keçirilib, yerli məhsullar vahid ölkə stendləri ilə beynəlxalq sərgidə nümayiş olunub. Bu barədə ” Vergilər” qəzetində məlumat verilib. Məlumata əsasən, ilin sonuna kimi Azərbaycan ixracatçılarının daha bir neçə sərgidə iştirakı nəzərdə tutulur.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda ixracatçılara yaradılmış əlverişli dəstək mexanizmlərindən bəhs edərkən bildirib kiç  İxracatçılar Klubunun keçirdiyi görüşlər və seminarlar qeyri- neft ixracının genişləndirilməsi istiqamətində əhəmiyyətli rol oynayır.

Qeyd edək ki, Rüfət Məmmədov Azərbaycan ixracatçılarını Avropa İttifaqının təşkil etdiyi “Şərq Tərəfdaşlığı:Ticarətə hazır ol” layihəsində fəal iştirak etməyə dəvət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır