ABA ilə “SWIFT service bureau”nun direktoru arasında görüş keçirilib

13 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi ilə Gürcüstanın SWIFT Milli İstifadəçilər Qrupunun sədri və “Georgian Financial Telecommunication Company Ltd” təşkilatının “SWIFT service bureau” bürosunun direktoru Nikoloz Tutberidze arasında görüş keçirilib.

Görüşün keçirilməsində məqsəd “SWIFT Service Bureau” layihəsinin təqdimatı olub. Layihə ilə əlaqədar fikir mübadiləsi aparılıb, rəy və təkliflər müzakirə olunub.

Görüşdə “SWIFT service bureau” bürosunun direktor müavini Nino Alxazaşvili  və böronun İT bölməsinin direktoru Laşa Dididze iştirak edirdilər.

Xatırladaq ki, “SWIFT Service Bureau” bankların SWIFT-lə kollektiv şəkildə qarşılıqlı əlaqə qura bilməsi məqsədilə yaradılmış şirkətdir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır