ABB açıq tender elan edir

“Azərbaycan Beynəlxalq Bankı” ASC  tender elan edir. BBN.az “Xalq qəzeti”nə istinadən xəbər verir ki, tender bank və onun törəmə müəssisələrinin  2017-ci ilin 9 aylıq maliyyə göstəriciləri üzrə audit baxışının və illik dövrü üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun və Beynəlxalq Audit Standartları əsasında auditinin keçirilməsi ilə bağlıdır. Bir lot üzrə iştirak haqqı 100 manatdır.

Qeyd edək ki, 1 lot üzrə keçirilən tenderdə iddiaçıların təklifləri 19 sentyabr 2017-ci il saat 11.00-da Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvanda açılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır