ABŞ-dakı istehlak kreditləri 2008-ci ilki səviyyəyə çatıb

Nyu-Yorkun Federal Ehtiyatlar Bankının açıqlamasına əsasən, ev təsərrüfatlarının ümumi borcu illin müqayisədə 460 milyard dollar və ya 3,8% artaraq,  2016-cı ilin sonunda 12,58 trilyon dollara çatıb. Bu isə son onillikdə qeydə alınan ən böyük artımdır. İstehlak kreditlərindəki artımın böyük hissəsi (266 mlrd. dollar) isə ötən ilin son rübün payına düşüb.

Bu amerikalıların borclanma səviyyəsinin 2008-ci ilin göstəricilərinə kifayət qədər yaxınlaşdığını göstərir. Belə ki, həmin dövrdə istehlakçı borclanması 12,68 trilyon dollarlıq rekord həddə idi.

Artan borclar bankların kredit portfelini genişləndirdiyinə işarə edir.

İpoteka kreditləri isə Maliyyə Böhranından sonrakı ən yüksək həddinə çatıb və 8,48 trilyon dollarlıq həcmlə ev təsərrüfatı borclarının böyük hissəsini təşkil edib.

İpoteka kreditinə daxil olmayan istehlak reditlərindəki: kredit kartı borcları, tələbə kreditləri və avtokreditlərindəki artım isə borclanmadakı canlanmanı artıran əsas faktorlardandır.

Hesabata əsasən, tələbə kreditləri 4-cü rübdə 31 milyard dollar artaraq 1,31 trilyon dollara, kredit kartı üzrə borclar 32 milyard dollarlıq artımla 779 milyard dollara, avtokreditlər isə 22 milyard dollar artaraq 2,011 trilionluq rekord səviyyəyə çatıb.

Bütün göstəriciləri rəhbər alaraq, Nyu-Yorkun Federal Ehtiyatlar Bankı 2017-ci il ərzində borclanma səviyyəsinin 2008-ci ildəki həddi ötəcəyi proqnozunu  verib.

Problemli kreditlər yarıbayarı azalıb

Hazırkı istehlak krediti portfelini 2008-ci ildəkindən fərqləndirən əsas cəhət isə, onların daxilində problemli kreditlərin həcminin kifayət demək olar ki, 2 dəfə az olmasıdır. Belə ki, 2016-cı ilin sonunda borcların 4,8%-i problemli borclar olaraq qeydə alınıb ki, 2008-ci ilin 3-cü rübündə bu göstərici 8,5% idi.

Bundan əlavə borcalanların daxilində müflisləşənlərin sayı da kifayət qədər azalıb. Ötən ilin son rübündə istehlak krediti üzrə borcluları təqribən 200 min nəfəri iflas elan edib. Bu isə 2015-ci ilin sonu ilə müqayisə də 4% azdır.

CNN MONEY

Tahirə Həşimova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır