ADİF 748 milyona yaxın kompensasiya ödəyib

Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3 milyon 550 min manat olmaqla, onlardan 3 milyon 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 milyon 099.950 min manatı kompensasiya olunan əmanətlərdir. 14 dekabr 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1 milyon 837.465 min manatdan artıq kompensasiya ödənilib və 262 min 485 manat ödənilməmiş  kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 191 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 441 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə  120  milyon 413,9 min manat, “Parabank” ASC-nin qorunan əmanətçilərinə   43  milyon 222 min manatdan artıq, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 72 milyon 196,9 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 914,7 min manat, “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3  milyon 088,3 min manat, “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14  milyon 352,1 min manatdan artıq, “Qafqaz İnkişaf Bankı”  ASC-nin qorunan əmanətçilərinə 2 milyon 004,4 min manatdan artıq, QSC “Bank Standard” KB-nın qorunan əmanətçilərinə 437  milyon 745,8 min manat kompensasiya ödənilib.

Qeyd edək ki, ümumilikdə Fond tərəfindən 11 bank üzrə 747 milyon 943 min manatdan artıq kompensasiya   ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır