Agent bankçılıq perspektivləri mövzusunda banklarla görüş keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin maliyyə inklüzivliyinin gücləndirilməsi prioritet hədəfinin icrası çərçivəsində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə növbəti tədbir keçirilib.

Tədbirdə bu prioritet hədəf üzrə əsas icraçı orqan olan Palata tərəfindən agent bankçılıq, onun perspektivləri və bu sahədə beynəlxalq təcrübəyə dair araşdırma nəticələri iştirakçılara açıqlanmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının və bank nümayəndələrinin iştirak etdiyi tədbirdə maliyyə inklüzivliyinin gücləndirilməsində agent bankçılığın rolu, agent bankçılıq perspektivləri, təqdim olunan xidmətlər və agent bankçılığın tətbiqi imkanları ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qarşılıqlı müzakirələr əsasında keçən tədbirdə agent bankçılığa təsiredici amillər, risklər, habelə bank və agent münasibətlərinin tənzimlənməsi açıqlanaraq iştirakçıların agent bankçılıq və onun tətbiqi perspektivləri ətrafında sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır