Asiyada iqtisadi inkişafın sabit qalmasının səbəbləri nələrdir?

Asiya İnkişaf Bankının (AİB) yeni hesabatına əsasən, 2016-cı il üçün inkişaf etməkdə olan Asiya ölkələrində iqtisadi artım öz tempini demək olar ki, saxlayır.

Hesabata əsasən, bu siyahıda yalnız Hisndistanın artım göstəricisində geriləmə müşahidə olunub. Nəticədə AİB  2016-cı il üçün Asiya ölkələrinin orta inkişaf tempini 5.7% səviyyəsindən 5.6% səviyyəsinə qədər azaldıb. 2017-ci il üçün isə artım tempi 5.7% olaraq qalıb.

AİB iqtisadçılarının sözlərinə görə, bu tempin qorunub saxlanmasında əsas faktor struktur dəyişiklikləri olub. Bu məhsuldarlığın artmasına, investisiya imkanlarının genişləməsinə səbəb olub. Bununla yanaşı daxili məcmu tələbdəki artım iqtisadi artımın qorunub saxlanmasını təmin edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır