“Alibaba” öz sehrini itirir

Zəifləyən bazarı vaxtında tərk etməklə bağlı düzgün investisiya tədbiri hər zaman daha xeyirlidir. Alibaba Şirkətinin səhmləri ötən bir il ərzində 8.79% geriləmiş və 3.84%-lik bir bazar itkisi yaşamışdır.

Bazarı tərk etmək vaxtı çatıbmı?

E-ticarət olduqca rəqabətli bir sahədir. Buna görə də, Alibaba kimi şirkətlər öz bazar payını qoruyub saxlamaq üçün daim çalışmalıdırlar.

Son 60 günün əvvəlində 5 analitik Alibaba Şirkəti üçün fiskal il üzrə gəlir gözləntilərini aşağı salmışdılar. Keçən bu zaman ərzində bu analitiklərin heç biri gözləntilərini yüksəltmədi.

2017-ci və 2018-ci fiskal illər üzrə analitiklərin də aşağı gəlirlilik ehtimallarına uyğun olaraq 17% və 20% həcmində azalma müşahidə olunmuşdur.

Hal-hazırda Alibaba şirkəti “Zaks Rank” qiymətləndirmə sistemində və VGM sistemində “F” dərəcəsi ilə qiymətləndirilmişdir ki, bu da bazarın getdikcə daha da zəifləyəcəyini göstərir.

Mənbə: Finance Yahoo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır