“Alibaba”dan 1 milyon vakansiya vədi

Donald Tramp Çinin elektron ticarət nəhəngi “Alibaba”nın sahibi Jack Ma ilə ABŞ-da 1 milyon yeni iş yerinin açılmasına səbəb olacaq investisiyalarla bağlı görüş keçirib.

Görüşdən sonra Tramp: “Jack ilə görüşümüz çox yaxşı keçdi. O çox ambisiyalı təşəbbüskardır və ölkəmizi sevir. Onunla birlikdə çox yaxşı işlər görəcəyik”-deyib.

Ma isə öz növbəsində Amerikada iş yerlərinin açılmasını dəstəkləyəcək investisiyaların müzakirə olunduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır