Alkaqollu içkilərə aksizin tətbiqi qaydaları dəyişdiriləcək

Avropada Komissiyası alkaqollu içkilərin satışı üzrə aksiz vergilərinin yığılması qaydalarının dəyişdirilməsi ilə bağlı müzakirələrə başlayıb. Avropa Komissiyası tərəfindən 2016-cı ilin oktyabrında hazırlanmış direktivdə belə qənaətə gəlinib ki, qüvvədə olan direktiv artıq köhnəlib   və  bazarda yaranan uyğunsuzluqları aradan qaldırmaq məqsədilə təkmilləşdirilməsinə ehtiyac var. Avropa ittifaqına üzv olan bir sıra ölkələrdə pivə üçün aksizin tətbiqində fikir ayrılıqları var.

Qeyd edək ki, komissiya alkaqollu içkilər üçün aksizlərin yığılması qaydalarının dəyişdirilməsi haqqında yekun tövsiyələrini iyulun 7-dək hazırlayıb qəbul etməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır