AMB-nin notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

27 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100466S dövlət qeydiyyat nömrəli, 350 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı  98.8472 AZN (14.99%) və 99.0750 AZN (12.00%) olan 16 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 348 338 800.00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.8472 AZN (14.99%), orta ölçülmüş qiyməti 98.9009 AZN (14.29%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 350.000.000.00 AZN təşkil edib.

Qeyd edək ki, notların ödəmə tarixi 24.01.2018-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır