Home » AMB-nın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

AMB-nın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

28 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət qeydiyyat №-si50200396S
Hərraca çıxarılan həcm30,000,000 manat
Notun nominal dəyəri100 manat
Notların tədavül müddəti84 gün
Ödəmə tarixi22.04.2022

Hərracın gedişi zamanı hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq (1 rəqabətli və 1 qeyri-rəqabətli) olmamalıdır və verilmiş sifarişlərin nominal məbləği hərraca çıxarılmış notların həcmindən artıq olmamalıdır. Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir. Təqdim olunan sifarişlər üzrə qiymət diapozonuməhdudiyyəti tətbiq olunmur.

Azərbaycan Respublikasının Mərkəzi Bankının qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.