“Apple” 13 milyard avro ödəyəcəkmi?

“Apple” bu həftə Avropa Komissiyasının əleyhinə appelyasiya məhkəməsinə müraciət etməyi planlaşdırır. Müraciətin səbəbi Komissiyanın “Apple”ın İrlandiyaya 13 milyard avro ödəməsini tələb etməsidir.

Texnologiya nəhəngi təkləndiyini və hədəf olaraq seçildiyini iddia edərək qərara qarşı çıxıb.

Qeyd edək ki, “Apple”ın Avropadakı qərargahı İrlandiyada yerləşir ki, burada da hüquqi şəxslərin mənfəət vergisi 12,5%-dir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır