“Apple”ın CEO-suna maaş cəzası verilib

2016-cı il hədəflərinə nail ola bilməyən texnologiya nəhəngi Apple şirkətin CEO-su Tim Kukun maaşını azaldıb.

Haber7-nin məlumatına əsasən, buna səbəb şirkətin 2016-cı il üzrə satış planını 3.7% kəsrlə yerinə yetirməsi olub. Kukun maaşı 2016-cı ildə maaş və bonus ödənişləri ilə birlikdə 2015-ci ilə nəzərən 15% azalaraq 8.75 milyon dollar olub.

Qeyd edək ki, yalnız Tim Kukun deyil, digər idarəçilərin də maaşları azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır