Hərracda 20 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üzrə aprel ayının  4-də hərrac keçirilib. Hərracda ümumilikdə 20 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 12-si istifadəsiz kiçik dövlət müəssisəsi və qeyri yaşayış sahəsi, 8-i nəqliyyat vasitələridir.

Qeyd edək ki, hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Sumqayıt şəhərində yerləşən 1 saylı stomatoloji poliklinika olub. Poliklinika 350 min 200 manata özəlləşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır