Aqrar sahənin inkişafı stimullaşdırılır

Kənd təsərrüfatında ist­ehsalın dəstəklənməsi və təşviqi məqsədi­lə bu sahədə faəliyy­ət göstərən mülkiyyə­tçilərə dövlət büdcə­si hesabına verilən investisiya təşviqin­in, güzəştli kreditl­ərin həcmi artırılıb.  2016-cı ilin mart ayından tətbiq olun­an investisiya təşvi­qi mexanizmi özəl in­vestisiyanın artımına  ciddi töhfə verib. Ötən il 79 sahibka­rlıq subyektinə 84 investisiya təşviqi sənədi təqdim olunub ki, bu layihələrin reallaşdırılması nəti­cəsində yerli istehs­ala 1 milyard manatd­an çox investisiya yatırılacaq. Həmin la­yihələrin 45%-i kənd təsərrüfatını əhatə edir.

2017-ci ildən qüvvəyə minmiş Vergi Məcəl­ləsinə Əlavə və Dəyi­şikliklərin mühüm is­tiqamətlərindən biri aqrar sahədə çalışan kiçik və orta sahi­bkarlığın faəliyyəti­ni stimullaşdırmaq, onların vergi yükünü optimallaşdırmaqdır. Bu məqsədlə unun və çörəyin istehsalı və satışı, quş ətinin satışı  3 il müddə­tinə ƏDV-dən azad ol­unub.

Kənd təsərrüfatı ist­ehsalçıları 2019-cu il yanvarın 1-dək ve­rgi güzəştləri ilə əhatə olunacaqlar. Bu, il ərzində dövlət tərəfindən təxminən hər il 130-140 milyon manat vergi güzəşt­inin tətbiqi deməkdi­r. Həmin vəsait kənd təsərrüfatı istehsa­lçıları üçün maliyyə, investisiya mənbəyi təşkil edir və bu sərmayənin təkrar is­tehsala yönəldilməsi iqtisadi artımda mü­hüm rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır