ARDNF-in yerli banklara depozit qoymaqla bağlı planı yoxdur

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə yerləşdirilən 1 milyard ABŞ dolları həcmində depozit 1 il müddətinə 4%-lə yatırılıb.

“Məlum olduğu kimi ARDNF-nin vəsaitləri onun investisiya strategiyasına, habelə Fondun fəaliyyəti ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq ölkə hüdudları kənarında yerləşdirilir. Bununla yanaşı ARDNF-nin daxili maliyyə bazarlarında da qanunvericilikdə əks edildiyi kimi tərəf müqabilləri  ola bilər və həmin təsisatlarda investisiya portfelinin müəyyən hissəsinə qədər vəsait saxlanıla bilər”- deyə Fonddan bildirilib.

Məlumatda o da vurğulanır ki, hal-hazırda ARDNF-nin digər yerli banklara depozit qoyuluşu ilə bağlı planları yoxdur.

Mənbə: APA.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır