“Argus Azərbaycan Beynəlxalq Neft Sammiti – 2017” öz işinə başlayıb

Oktyabrın 12-də Bulvar Oteldə SOCAR-ın dəstəyi ilə “Argus Beynəlxalq Qiymət Agentliyi” tərəfindən təşkil olunmuş iki günlük “Argus Azərbaycan Beynəlxalq Neft Sammiti – 2017” öz işinə başlayıb.Sammitin açılış mərasimini giriş sözü ilə ”Argus”un Rusiya, MDB və Baltikyanı ölkələrdəki rəhbəri Vyaçeslav Mişenko açaraq toplantının əhəmiyyətindən bəhs edib. SOCAR -ın prezidenti Rövnəq Abdullayev “Argus”la birlikdə bu konfransın keçirilməsinin regionda qarşılıqlı əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib,

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Cons, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Energetika nazirinin müavini Natiq Abbasov, Gürcüstanın Energetika nazirinin müavini Romeo Mikautadze, “Özbəkneftqaz” şirkəti İdarə Heyətinin sədri Əlişir Sultanov, ”Argus Media Group”un əməliyyat direktoru Filip Şou salamlama nitqi ilə çıxış edib.

Sonra tədbirin “Neft bazarı və Xəzər regionunun neft məhsulları” adlı birinci sessiyasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadə, “Litasco”nun neft-kimya üzrə direktoru Aleksey Dzyuba və “Arqus” agentliyinin baş redaktoru Rauf Hüseynov müxtəlif mövzularda ətraflı çıxış edib və  tədbir iştirakçılarını maraqlandıran suallara cavab veriblər

Qeyd edək ki, “Argus Azərbaycan Beynəlxalq Neft Sammiti – 2017” müxtəlif sessiyalarda öz işini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır