“Atəşgah” Sığorta Bərdə filialına işçi axtarır

Əməliyyatçı (Bərdə filialı)

Namizədə tələblər 

  • Yaş: 20-35
  • Cinsi: Xanım
  • Təhsil: Ali və ya orta texniki
  • İş təcrübəsi: müştəri xidmətləri üzrə iş təcrübəsi olanlara üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan (əla)
  • Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

  • Ünsiyyət qurmaq bacarığı
  • Stressə davamlılıq

Əsas vəzifə öhdəlikləri

  • Müştəri qəbulu və sənədlərin ekspertizası
  • Dövlət orqanları, banklara, müvafiq orqanlara sorğu və məktubların hazırlanması
  • Sığorta aktlarının, rəylərinin, imtina məktublarının hazırlanması
  • Müəyyən edilmiş qaydada sığorta müqavilələri ilə bağlı ərizə və digər sənədləri qəbul etmək
  • Ofis üzrə ciddi hesabat hlanklarının dövriyyəsinə nəzarət

İş şərtləri

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 – 18:00
  • İş günü 5/2: (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • İş yeri: Bərdə filialı

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər. Məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır