Azər Türk Bank yeni ildə yeni kampaniyalara start verir

Azər Türk Bank 11 yanvar tarixindən etibarən yeni kampaniyaya başlayır. Belə ki,  Azər Türk Bank nəzərdə tutulmuş yeniliklərlə müştərilərini yeni ildə də sevindirəcək.

Bu sıradan olan ilk yenilik xarici ölkələrə səyahət etmək istəyənlər üçün nəzərdə tutulub.

Belə ki, səyahət etmək arzusunda olan şəxslər Azər Türk Banka gəlib, istənilən valyutada kart hesabı açdıraraq, bu hesaba minimum 500 AZN/USD/EUR məbləğində  vəsait mədaxil etməklə, heç bir ödənişsiz MasterCard Gold kartına sahib ola biləcəklər. Eləcə də 1 000, 10 000, 20 000 AZN/USD/EUR  həcmində vəsaiti öz kart hesabına yatıran müştərilərə, müvafiq olaraq, Mastercard Platinum, Visa İnfinite, Mastercard World Elite kartları bank tərəfindən hədiyyə ediləcək.

Xatırladaq ki, Azər Türk Bankın  kart müştərisi olmaq üçün banka gəlmədən onlayn kart sifarişi də mümkündür. Bu zaman öncədən ödənişə ehtiyac yoxdur. Müştəri hazır kartı almaq üçün banka gəldiyi zaman ödənişi həyata keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır