Azərbaycan-Çexiya Biznes Forumu keçiriləcək

Çexiya Respublikasının sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində 17 yanvar 2017-ci il tarixində Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Çexiya Biznes Forumu keçiriləcəkdir. Biznes forumda kənd təsərrüfatı və qida sənayesi, maliyyə, sığorta, energetika, logistika, tikinti, hüquq, neft-kimya, maşınqayırma, şüşə istehsalı və digər sahələrdə fəaliyyət göstərən Çexiya şirkətlərinin iştirakı gözlənilir. Tədbirə qeydiyyat 17 yanvar tarixində saat 11:00-dan etibarən Bakı Biznes Mərkəzində (Neftçilər prospekti, 32) başlayacaqdır.
Fond tərəfindən bildirilib ki, tədbirdə iştirak etməkdə marağınız olduğu halda, şirkətinizi təmsil edəcək şəxsin adını, soyadını və vəzifəsini qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə (tel.: 012 5980147/48 və ya 012 4371142, daxili: 123; e-mail: [email protected];) göndərməyiniz lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır