Azərbaycan-İran Biznes Forumu keçiriləcək

İran iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində 27 dekabr 2016-cı il tarixində Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İran Biznes Forumu keçiriləcək.
Biznes forumda kənd təsərrüfatı və qida sənayesi, yüngül sənaye, əczaçılıq, nəqliyyat, logistika, turizm, İKT, tikinti, sement və digər tikinti materiallarının istehsalı, mühəndislik, avtomobil ehtiyat hissələrinin istehsalı, köhnəlmiş maşınların utilizasiyası və digər sahələrdə fəaliyyət göstərən İran şirkətlərinin iştirakı gözlənilir. Tədbirin 27 dekabr tarixində saat 11:30-dan etibarən Bakı Biznes Mərkəzində (Neftçilər prospekti, 32) keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır