“Azərbaycan Sənaye Bankı” III rübü mənfəətlə başa vurub

“Azərbaycan Sənaye Bankı” ASC  2017-ci ilin III rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Belə ki, bank cari ilin III rübündə 4.6 mln. manat mənfəət əldə edib.

Bankın digər vacib göstəricilərinin dəyişməsi isə aşağıdakı qrafikdə göstərilib:

Göstəricilər 2017-ci ilin III rübü (mln. manat) 2016-cı ilin III rübü (mln. manat) Fərq
Aktivlər 941.9 636.4 48%
Depozit portfeli 609.5 366.3 66%
Kredit portfeli 303.2 226.2 34%
Balans kapitalı 90.1 83.8 8%
Faiz gəlirləri 17.9 13.5 33%
Qeyri-faiz gəlirləri 6.3 6.4 -2%
Faiz xərcləri 9.9 6.1 62%
Qeyri-faiz  xərcləri 7.7 6.2 24%
Ehtiyat ayırmaları 0.8 0.2 4 (dəfə)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır