“Azərbaycan Sənaye Korparasiyası” müsabiqə elan edir

“Azərbaycan Sənaye Korparasiyası” ASC müxtəlif vakansiyalar üzrə  müsabiqə elan edir. BBN.az “Xalq qəzeti” nə istinadən xəbər verir ki, bu vakansiyalar ölkədə pambıqçılığı inkişaf etdirmək, pambıq istehsalı ilə emalı arasında münasibətləri bazar iqtisadiyyatına uyğun tənzimləmək, pambıq və pambıq məhsullarının rəqabət qabiliyyətini yüksəltmək, pambıqçılığın yüngül və yeyinti sənayesinə inteqrasiyasına hüquqi və iqtisadi zəmin yaratmaq məqsədilə və  pambıqçılığın müxtəlif sahələri üzrədir.

Tələb olunan şərtlər:

• Ali təhsil

• İş təcrübəsi – ən azı 5 il

• Dil bilikləri- Azərbaycan dili (əla), rus və ingilis dillərini bilənlərə üstünlük verilir.

• Qeyd olunan sahə üzrə elmi biliklərin artırılması daim lazımdır.

Əsas vəzifə öhdəlikləri:

• pambıq və pambıq məhsullarının istehsalına, emalına və dövriyyəsinə dair texniki normativlər qəbul etmək;

• pambıq məhsullarının yetişdirilməsi sahəsində qabaqcıl dünya praktikası və Azərbaycan Respublikasının əvvəlki təcrübələrinin təhlili və tətbiqi bacarıqları;

• pambıq məhsullarının yetişdirilməsi istiqamətində pambıq və pambıq məhsulları bazarını öyrənmək, proqnoz-planlaşdırılması və səmərəli təkliflərin verilməsi;

• əkin sahələrinin və toxum nümunələrinin (yerli iqlimə uyğun və məhsuldarlığı ilə seçilənlər olmalıdır) seçilməsi, torpaq sahəsinin əkinə hazır olması vaxtı, əkinin aparılması qaydaları, istifadə olunan texnoloji proseslərə və texnikalara dair biliklərə malik olmaq;

• pambıq və pambıq məhsullarını keyfiyyət və qruplara ayırmaq bacarıqları;

• qanunvericiliyə uyğun olaraq toxumluq pambıq istehsalına, emalına və toxumun dövriyyəsinə nəzarət etmək;

İş şəraiti:

İş qrafiki: l-V günlər. İstirahət günləri: şənbə və bazar günləri.

 

Qeyd edək ki, Azərbaycan Sənaye Korporasiyası Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2017-ci il tarixli 1665 nömrəli fərmanı ilə  yaradılıb və 14 dekabr 2017-ci il ildən fəaliyyətə başlayıb. Cəmiyyətin fəaliyyətinin məqsədlərindən biri tabeliyindəki müəssisələrin səmərəliliyini artırmaq, əlverişli kooperasiya əlaqələrini yaratmaq və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması yolu ilə müvafiq sahədə malların (işlərin və xidmətlərin) istehsalını və satışını təşkil etməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır