Azərbaycanda əsas kapital xərclərinin 70%-i tikintiyə yönəldilir

2016-cı ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 2 876,8 milyon manatlıq vəsaitin 70 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayır.

Məlumata əsasən, istifadə olunmuş vəsaitin 87,9%-i məhsul istehsalı obyektlərinin, 7,7%-i xidmət sahələri üzrə obyektlərin, 4,4%-i isə ümumi sahəsi 334,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 31,3%-ni təşkil edib.
2016-cı ilin yanvar-mart aylarında Bakı şəhərində iri qabaritli transformatorlar və Yeni Ağdağ gips zavodları, Gəncə şəhərində “Nizami” elektrik yarımstansiyası, Tovuz rayonunda Tovuzçay su anbarı, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 618 şagird yerlik 3, Zaqatala rayonunda 140 yerlik 1 ümumtəhsil məktəb binası, Mingəçevir şəhərində 140 yerlik klub və s. obyektlər istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır