Azərbaycanda hasil edilən qazın həcmi sabit qalıb

Ötən ay Azərbaycanda hasil edilən qazın həcmi 2,583 mln. kubmetr təşkil edib. Bu isə ötən ilin müqvafiq göstəricisindən cüzi fərqlənir.

Bu haqda SOCAR məlumat yayıb.

Hesabat dövründə ölkə daxilində sözegən məsələ ilə bağlı sabitlik olsa da, SOCAR-ın hasilatında 5,6%-lik geriləmə müşahidə edilmişdir. Belə ki, 2016-cı ilin mart ayında Neft Şirkəti tərəfindən 547,8 mln. kubmetr qaz hasil edilib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 32,6 mln. kubmetr azdır.

Qeyd edək ki, bu ilin ilk rübündə SOCAR tərəfindən 1 595,3 mln. kubmetr, ümumilikdə Azərbaycanda isə 7 471 mln. kub metr qaz hasil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır