Azərbaycanın nümayəndə heyəti Çinə gedəcək

Mayın 14-də Çinin paytaxtı Pekində forum keçiriləcək. Forum “Bir kəmər-bir yol” təşəbbüsü çərçivəsində baş tutacaq.

Tədbirdə 28 ölkədən dövlət və hökumət başçılarının, 110 ölkədən dövlət və özəl sektor nümayəndələrinin , 60-dan çox beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd edək ki, forumda Azərbaycanı İqtisadiyyat Naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətinin təmsil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır