“Azəriqaz” abonentlərinin sayı 2 097 293-ə çatıb

2017-ci ilin yanvar-dekabr ayları ərzində SOCAR-ın “Azəriqaz”  İstehsalat Birliyində əhali sektoru üzrə 93 350 yeni abonent qeydiyyata alınıb. Bunun da 48 877-i Bakı, Abşeron və Sumqayıt, 44 473-ü isə regionlar üzrədir.

Bununlada ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 097 293-ə çatıb.

Onu da qeyd edək ki, 01 yanvar 2018-ci il tarixə olan məlumata görə qeyri-əhali sektoru üzrə 468 məscid və dini məbədə təbii qazdan  istifadə üçün limit ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır