“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 21658 istehlakçıya xidmət edib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cari ilin yanvar ayı ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

BBN.az xəbər verir ki, Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “ASAN səyyar” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında, həmçinin  Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 21658 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır