“Azərsığorta” mediada ən çox adı hallanan sığorta şirkəti olub

“Media Consulting and Services” 2017-ci il dövrü üzrə məlumatların ilkin hesabatını başa çatdırıb.

Məşhur 5 sektorda ad hallanması üzrə məlumatların ümumi dinamikasına görə sığorta şirkətləri 4-cü yerdə qərarlaşıb.

Sığorta şirkətləri:  1443 ədəd ad hallanan yazı

  1. Azərsığorta – 136
  2. Paşa sığorta -121
  3. Azsığorta – 115

İlin yekun ayı olduğunu nəzərə alaraq şirkətlər adətən dekabrda mediada daha aktiv olmağa çalışırlar. Amma maraqlıdır ki, şığorta sektorunda əksinə dekabr ayı ilə müqayisədə noyabrda məlumatlar daha çox olub.

Belə ki, 2017-ci ilin noyabr ayında sığorta şirkətləri haqqında ölkə mətbuatında  1563 yazı yer alıb. Bütövlükdə sığorta şirkətlərinin media passivliyi başa düşülən deyil. İri həcmli bank kreditləri dayandırıldığı üçün sığorta şirkətləri əmlak sığortasından məhrum olub. Yeni avtomobilllərin bahalaşması və onların kredit şərtlərinin sərtləşdirilməsi nəticəsində bu seqmentdə işləyən sığorta şirkətlərinə ciddi zərbə dəyib.

2018-ci ilin yanvarında  avtomobillərin idxal və aksiz rüsumlarının qaldırılması bu seqmentdə mübarizə aparan sığorta şirkətlərinin işlərini bir az da çətinləşdirəcək.  Kredit bazarı, deməli girov qoyulan əmlakın sığortası da yaxın vaxtda bərpa olunmayacaq. Buna baxmayaraq sığorta şirkətlərinin öz xidmətlərini diversifikasiya etmək təşəbbüsləri mediada gözə dəymir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır