“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-si kotirovka sorğusu elan edir

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-si elektrik malları və avadanlıqların satınalınması məqsədilə kotirovka sorğusu elan edir.

BBN.az “Xalq qəzeti”nə istinadən xəbər verir ki,  kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər General Akim Abbasov küçəsi, 110,  ünvanında yerləşən  “Azərsu” ASC  “Birləşmiş Sukanal” MMC-nin təchizat şöbəsinə  müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş təkliflərini 18 iyul 2017-ci il saat 11.00-dan gec olmamaq şərtilə təqdim etməlidir. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq.

Kotirovka təklifləri “Azərsu” ASC  “Birləşmiş Sukanal” MMC-nin  ünvanda yerləşən inzibati binasında 19 iyul 2017-ci il saat 12.00-da açılacaq.

Qeyd edək ki, iddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır