BƏT qlobal işsizliyin səviyyəsini açıqlayıb

Beynəlxalq Əmək Təşkilatı (BƏT) 2018-ci il üzrə qlobal işsizliyin səviyyəsini açıqlayıb.

BBN.az BƏT-in hesabatına istinadən xəbər verir ki, 2018-ci ildə qlobal işsizliyin 5,5%-ə düşməsi gözlənilir. Bu isə son 3 ildə ilk dəfə olaraq işsizliyin səviyyəsinin azalması deməkdir.

Hesabatda “2018-ci ildə işsizlərin ümumi sayı sabit qalacaq və 192 mln. nəfərdən çox təşkil edəcək. Buna səbəb əmək bazarına daxil olan insanların sayının artmasıdır” ,- deyə qeyd olunub.

Qeyd edək ki, ötən il dünyada əmək qabiliyyətli əhalinin 5,6%-i və yaxud 192 mln. nəfəri işsiz olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır