Bəzi məhsulların etiketində saxlama müddəti yanlış göstərilib

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı Binəqədi rayonu, 7-ci mikrorayon, ev 7/19 ünvanında fəaliyyət göstərən fiziki şəxs  Məlik Ağayev tərəfindən istehsal edilən “Saratovka” adlı, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsi, ev 6 ünvanında “Kaspian Prodakşn Layn” MMC tərəfindən istehsal edilən “Lavanda” adlı, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Bakı-Duz, qeyri-yaşayış sahəsi ünvanında fəaliyyət göstərən fiziki şəxs Mehman Ramazanov tərəfindən istehsal edilən  “İsmayıllı” adlı, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu, şossenin sağ tərəfi ünvanında fəaliyyət göstərən fiziki şəxs  Alim Məsimov tərəfindən istehsal edilən  “Bərəkət” adlı şorların etiketində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi aşkarlanıb.

Bununla əlaqədar istehsal olunan məhsulların üzərində saxlama müddətinin normativ sənədlərin tələblərinə uyğunlaşdırılması barədə “Kaspian Prodakşn Layn” MMC-yə, fiziki şəxslər Məlik Ağayevə, Mehman Ramazanova   və Alim Məsimova müvafiq göstəriş verilib.

Qeyd edək ki, istehlak bazarında nəzarət tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır