Bağlanmış banklardakı əmanətlərin 19%-i qaytarılıb

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata əsasən “Parabank”ın əmanətçilərinə 8,1 mln. manat, “Zaminbank”ın əmanətçilərinə 9,1 mln. manat, “Kredobank”ın əmanətçilərinə 2,2 mln. manat, “Dekabank”ın əmanətçilərinə isə 1,4 mln. manat kompensasiya ödənilib. Ümumilikdə, 4 bank üzrə 20,8 mln. manat ödəniş edilib. Bu, ödənilməli olan məbləğin təxminən 19%-ni təşkil edir.

Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır