Bakı Fond Birjasında yeni təyinat olub

“Bakı Fond Birjası” (BFB)  QSC-dən bildirilibki,  BFB-də vəzifə dəyişikliyi həyata keçirilib. Məlumata görə, Birjanın ticarət və üzvlük qrupunun rəhbəri dəyişib. Bu günə qədər bu vəzifəni tutan Tələt Kalayev öz istəyi ilə işdənayrılıb və onun yerinə BFB-nin əməkdaşı Rəxşəndə Əlili  vəzifəyə təyin edilib.

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 6 300 səhm əsasında formalaşıb.

Birja 20 hüquqi şəxs olan  səhmdarlardan ibarətdir. Bunların arasında 5 yerli bank (“Azər-Türk Bank”, “Azərbaycan Sənaye Bankı”, “Kapital Bank”, Azərbaycan Beynəlxalq Bankı və lisenziyası ləğv edilmiş “United Credit Bank”), 14 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (Borsa İstanbul) var. ASB istisna olmaqla digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunub.

Qeyd edək ki, bu barədə BBN.az reporta istinadən xəbər verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır