Bakıda “Best of İndia” sərgisi keçiriləcək

3-16 mart 2018-ci il tarixində Bakıda “Best of İndia” adlı ticarət sərgisi keçiriləcək.

BBN.az xəbər verir ki, sərgidə Hindistandan düyü, çay, qiymətli daşlar və zərgərlik əşyaları, tekstil, dəri, kosmetika, məişət avadanlıqları, velosiped istehsalı və digər müxtəlif sektorları təmsil edən şirkətlərin məhsulları nümayiş olunacaq.Sərgini Hindistanın PHD (Progress Harmony for Development) Ticarət və Sənaye Palatası təşkil edir.

Qeyd edək ki, Hindistan şirkətlərinin siyahısına burada baxmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır