“Bank of Baku” Contact Təcili Pul köçürmə sistemindən onlayn istifadə imkanı yaradıb

“Bank of Baku” Təcili Pul Köçürmələri sahəsində ilkə imza atıb.

Belə ki, Bank of Baku, ölkədə ilk dəfə olaraq Contact Təcili Pul köçürmə sistemindən onlayn istifadə imkanı yaradıb.

Tətbiq edilən yenilik sayəsində Bank of Baku-nun internet bankçılıq xidmətindən istifadə edən fiziki şəxslər, ölkəxarici pul köçürmələrini vaxtlarına qənaət edərək tamamilə rahat və təhlükəsiz şəraitdə həyata keçirə biləcəklər.

İnternet Bankçılıqdan istifadə etməklə Contact Təcili Pul köçürmə sistemi vasitəsilə Bankın müştəriləri öz kart hesablarından vəsaitlərini filiala gəlmədən və olduqları məkandan asılı olmayaraq onlayn rejimdə Rusiya, Belarusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və Tacikistana sürətli göndərmək imkanı əldə edəcəklər

Contact Təcili Pul köçürmə sistemi ilə onlayn rejimdə vəsaitin göndəriləcəyi ölkələrin siyahısının yaxın gələcəkdə artırılması nəzərdə tutulub.

Qeyd edək ki, İnternet Bankçılıq vasitəsilə köçürmə məbləğinin gündəlik limiti 300 USD və köçürmə komissiyası isə 1% təşkil edir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır